XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2018 - 00:54

Rusiyada ticarət mərkəzində güclü yanğın:56 nəfər ölüb, 60-dan çox itkin düşüb, xeyli yaralı var YENİLƏNİB

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə “İnterfaks” agentliyi Rusiya FHN-nin regional idarəsinə istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Qeyd edək ki, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. İddialara görə, hadisə zamanı 69 nəfərin itkin düşüb.

Xatırladaq ki, Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzində yanğın martın 25-i, günün ikinci yarısında başlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./APA.

***

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yanğının baş verdiyi ərazidən 53 nəfərin meyiti tapılıb. 

***

 Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsindən məlumat veriblər.

Komitənin məlumatına görə, yanğının başladığı andan etibarən 44 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 10 nəfər hələ də xəstəxanada qalır.