XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 09:35

Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə respublika müşavirəsi keçirilib –FOTO YENİLƏNİB

Martın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bərdədəki Mədəniyyət mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Mədəniyyət mərkəzinin foyesində ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələrin yenidən dirçəldilməsinə həsr olunmuş fotostend nümayiş etdirilir.

Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyir.

***

Dövlət başçısı respublika müşavirəsində giriş nitqi söyləyib.

Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “MKT İstehsalat Kommersiya” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktorunun müavini Rövşən Həsənov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Biləsuvar rayonundan fermer Fazil Musayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “Azərpambıq” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktor əvəzi Zakir Əzimov, Saatlı rayonundan fermer Nizami Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.