XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

26 Mart 2018 - 15:08

Türkiyə-Aİ görüşünə saatlar qalmış Avstriyadan sensasion bəyanat:"Üzvlüklə bağlı müzakirələr dayandırılmalıdır, çünki..."

Bu gün Bakı vaxtı ilə saat 20.00-da Avropa İttifaqı (Aİ)  ilə Türkiyə arasında Bolqarıstanın Varna şəhərində növbəti görüş keçiriləcək.

Strateq.az xəbər verir ki, Avropa İttifaqına üzvlüklə bağlı gedən müzakirələrdə kritik görüş sayılan bu toplantıda Türkiyə prezidenti Ərdoğan da iştirak edəcək.

Aİ – Ankara görüşünə saatlar qalmış isə Avstriyanın baş naziri Sebastyan Kurz sensasion bəyanat verib.

O, Avropa ölkələrinin liderlərinə səslənərək, Türkiyənin Aİ-yə üzvlük müzakirəsinin dayandırılmasını tələb edib: "Ankaranın təməl demokratik dəyərləri və insan haqlarını pozmasını nəzərə alsaq, o zaman Türkiyə ilə Aİ arasındakı üzvlük görüşmələrinə son verilməlidir. Faktdır ki, Kopenhaq kriteriyaları da həyata keçirilmir, o üzdən belə görüşlər dayandırılmalıdır".

Bəyanatda o da bildirilir ki, Türkiyə hələ də Avropa üçün vacib bir dövlətdir: "O üzdən Ankara ilə əlaqələri Aİ çərçivəsində deyil, yaxşı qonşuluq münasibətləri zəminində davam etdirməliyik".

Onu da qeyd edək ki, Aİ-Ankara toplantısının 2 saat çəkəcəyi gözlənilir. Toplantıdan sonra isə mətbuata birgə açıqlamalar veriləcək.

Strateq.az