XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 18:04

Prezident Trampdan sensasiyalı qərar –60 nəfər Rusiya diplomatı ölkədən çıxarılır, konsulluq bağlandı

ABŞ prezidenti Donald Tramp 60-dək Rusiyalı diplomatın ABŞ-dan qovulması və Sietldəki Rusiya konsulluğunun bağlanması haqqında sərəncam verib.

Strateq.az Ağ Evin mətbuat xidmətinə istinadən bildirir ki, ABŞ bu qərarı NATO-dakı müttəfiqləri ilə birgə qəbul edib. Qərar Britaniyada Rusiyanın kimyəvi silah istifadəsinə cavab kimi qəbul olunub.  

ABŞ-ı 60 diplomat tərk edəcək: “Biz diplomatik missiyanın 48  əməkdaşını və BMT-dəki 12 əməkdaşı ölkədən çıxarırıq”. Dövlət Departamenti bəyan edib ki, BMT-də diplomat kimi çalışanlar rus xüsusi xidmətinin əməkdaşları olub.

Açıqlamada deyilir ki, bu addım ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədən  Rusiyanın casus fəaliyyətinin qarşısını almaqda öz rolunu oynayacaq:  “ABŞ və müttəfiqləri bu addımla Rusiyaya başa salmaq istəyir ki, Moskvanın əməlləri öz nəticələrini verir. Amerika Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Lakin bu yalnız Rusiya hökumətinin öz davranışlarını dəyişdirdikdən sonra mümkündür”.