XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

26 Mart 2018 - 21:39

“Rusiyalı diplomatları çıxaran hər bir ölkəyə qarşı tədbirlər görüləcək” –Mariya Zaxarova

Rəsmi Moskva Rusiyalı diplomatları çıxaran  hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək.

Bunu “Rusiya 1” telekanalına müsahibəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib.

“Şübhəsiz ki, bu gün gördüklərimizə reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək”, deyə M.Zaxarova qeyd edib. Onun sözlərinə görə, Solsberi şəhərində baş vermiş təxribatın arxasında Böyük Britaniya və ABŞ durur: “Ölkədən çıxarılan diplomatların sayı bunda şübhə qoymur. Təbii ki, biz Londonun müttəfiqlərinin bu hərəkətlərinə hazır idik”. (APA)