XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Mart 2018 - 23:21

Tramp Avropa liderlərini Rusiya diplomatlarını qovmağa çağırıb –Ağ Evdən açıqlama

ABŞ prezidenti Donald Tramp bir çox Avropa ölkələrinin liderləri ilə müzakirələr aparıb və onları Rusiya diplomatlarının qovulması kampaniyasına qoşulmağa çağırıb.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Radj Şah keçirdiyi brifinqdə bildirib.

"Bunlar əlaqələndirilmiş hərəkətlər idi. Prezident bunu bir çox ölkələrin liderləri, bizim avropalı müttəfiqlərimizlə müzakirə etdi və onları ABŞ-ın elanına (diplomatların qovulması barədə elana- red) qoşulmağa çağırdı", – deyə o bildirib.

Qeyd edək ki, bu gün Qərb ölkələri, o cümlədən ABŞ Solsberidə zəhərlənmə işi ilə bağlı Rusiya diplomatlarını öz ərazilərindən çıxardıqlarını elan ediblər. Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, rəsmi Kreml bu ölkələrin hər biri barədə cavab tədbirləri görəcək/Report.