XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2018 - 09:19

Kosovo xüsusi təyinatlıları toplantını basdı, Serbiyanın hökumət üzvünü həbs etdi… –Tərəflər arasında gərginlik şiddətlənir + FOTOLAR

Kosovaya qanunsuz yollarla daxil olaraq orada toplantı keçirmək istəyən Serbiya hökumətinin üzvü həbs edilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiya hökumətinin tərkibində fəaliyyət göstərən Kosova üzrə komissiyanın sədri Marko Djuriç dünən gizli yolla Kosovaya daxil olub.

Məlumata görə, o, Qərbi Mitroviç şəhərində yaşayan serblərlə toplantı keçirmək istəyib. Lakin xüsusi təyinatlıların əməliyyatı nəticəsində o və fəal serblərdən olan Zeljko Joviç tutulub: "Kosova polisinə bağlı olan xüsusi təyinatlılar onların iştirak etdiyi toplantını basaraq, hər iki şəxsi həbs edib. Bundan sonra şəhərdə yaşayan serblər ayağa qalxıb, onlar polisin əməliyyatına etiraz ediblər. Şəhərin bəzi yerlərində isə atəş səsləri eşidilib".

Məlumata görə, Kosovo hökumətinin xəbərdarlıqlarına rəğmən, ölkəyə gizli yolla daxil olan Marko Djuriç yüksək təhlükəsizlik tədbirləri ilə paytaxta gətirildikdən sonra barəsində qərar verilib: "O, polisdə bir müddət saxlanıldıqdan sonra deportasiya edilib".

Hadisədən dərhal sonra Kosova prezidenti Haşim Thaçi xalqa nüraciət edərək, sakitliyə əməl etməyə çağırıb. 

Lakin bir çox ekspertlər bu hadisənin tərəflər arasındakı gərginliyi yenə də alovlandıra biləcəyini deyir.

Strateq.az