XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 14:15

ABŞ-ın S-400-dən imtina tələbinə Ankaradan sərt reaksiya:"Anlaşma pozulmayacaq, hətta daha tez ala bilərik"

Rəsmi Ankara ABŞ-ın "Bizdən F-35 qırıcısı istəyirsinizsə, Rusiya ilə S-400 raketləri ilə bağlı anlaşmanı pozun"  tələbinə sərt reaksiya verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda ABŞ konqresində görüşlər keçirən türk deputatlara belə tələb irəli sürülüb.

Bu barədə deputat heyətinə başçılıq edən Volkan Bozkir açıqlama verib. O "Bizə deyirlər ki, Rusiyadan S-400 alarsanız, biz də sizə F-35  satmarıq", – deyə real vəziyyəti dilə gətirib.

Onun bu açıqlamasından sonra Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyanat yayıb.

Bildirib ki, Rusiyadan S-400 raketləri alınacaq, hətta alınma tarixi bir qədər də irəli çəkilə bilər: "S-400 almağımız F- 35 qırıcılarını almağımıza təsir göstərə  bilməz. S-400-lərlə bağlı hər hansı bir sıxıntı yoxdur. Hətta o raketlər nəzərdə tutulduğu vaxtdan daha tez də alına bilər".

Strateq.az