XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 15:25

Politoloqdan Rusiya – Qərb toqquşmasına şərh:"O zəkalar vaxtilə SSRİ-ni də belə çökdürmüşdü...”

"Rusiya Prezidenti Vladimir Putin bir zərbədən qurtulmamış başqasına tuş gəlir".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Amerika və  bəzi Avropa ölkələrinin Rusiya diplomatlarını qovmalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Putin martın 18-də prezident seçkisində qələbə çaldı, ancaq bu qələbədən həzz ala bilmədi: "Çünki bir tərəfdən Qərbin sərtləşən sanksiyaları, o cümlədən müxtəlif dövlətlərdən rusiyalı diplomatların qovulması, o biri tərəfədən də Kemerovo vilayətindəki dəhşətli faciə və uşaqların yanğından boğularaq həlak olmaları bir nəfərin ürək və sinir sistemi üçün ağır yükdür”.

Politoloqun fikrincə, Putinin etdiyi hərəkətlərinə görə Qərb onu cəzalandırmaq qərarına gəlib:  "Putin faktiki təkdir, hakimiyyət komandası onun əmrlərinə tabedir, yaradıcı yanaşma yoxdur, komandadan biri vaxtında ona demədi ki, Krımı işğal etmək olmaz, bunun nəticələri Rusiya üçün ağır olacaq. Və ya başqası demədi ki, Amerikadakı prezident seçkisinə qarışmaq olmaz, Londonda keçmiş xəfiyyələri öldürmək olmaz. 

Bunları Putinə deməkdilərinə görə və Kreml sahibi də ancaq özünün beynindən çıxan qərarlarla hərəkət etidiyinə görə Qərb tərəfindən cəzalandırılır. Ona qarşı Qərbin siyasi elitası, ekspertləri və yüzlərlə beyin mərkəzi birləşib. Bir nəfər nə qədər böyük zəka sahibi olsa da, qarşısındakı zəkaların cəmi ilə mübarizədə qalib çıxa bilməz. Həmin zəkalar vaxtilə Rusiyadan da güclü SSRİ-ni çökdürmüşdülər”.

Strateq.az