XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 18:21

NATO Rusiyanın 7 diplomatını qovdu, təmsilçi sayını da azaltdı –Stoltenberqdən Moskvaya xəbərdarlıq

Amerika, Kanada və Avropanın 17 ölkəsindən sonra NATO da Rusiya diplomatlarını qovub.

Strateq.az xəbər verir ki, bu barədə  NATO Baş katibi Yens Stoltenberq  açıqlama verib.

O deyib ki, artıq NATO-ya akkreditə olunmuş 7 rus diplomatının statusu ləğv olunub.

Bununla yanaşı, NATO-dakı Rusiya təmsilçiliyinin sayı da 30-dan 20-yə düşürüləcək: "Biz, eyni zamanda, Rusiyaya qarşı gələcəkdə daha da dərin addımlar ata bilərik. Sözsüz ki, NATO olaraq biz dialoqun davam etdirilməsində maraqlıyıq. Əgər Rusiya Böyük Britaniya ilə "Skripal işi”nə görə anlaşa bilərsə, o zaman münasibətlər yumşala bilər. Əksi olarsa, daha ciddi tədbirlər alacağıq".

Strateq.az