XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

28 Mart 2018 - 23:55

“Böyük Azərbaycan və İran xalqlarını qarşıda xoş günlər və aylar gözləyir” –Ruhani

"Böyük Azərbaycan və İran xalqlarını qarşıda xoş günlər və aylar gözləyir".

Bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə deyib.

İran Prezidenti qeyd edib: "Cənab Prezident, mən və məni müşayiət edən nümayəndə heyəti çox şadıq ki, bu gün və sabah Sizin və dost, qardaş Azərbaycan xalqının qonağıyıq. Bu günlər bizim üçün şadlıq günləri və Novruz bayramıdır ki, bu da qardaş xalqların ortaq bayramıdır.

Zati-aliləri, Sizin dövlətinizə və bütün Azərbaycan xalqına uğurlar arzulayıram. İnşallah, iki böyük İran və Azərbaycan xalqlarını qarşıda xoş günlər və aylar gözləyir. Çox şadam ki, ötən illər ərzində Sizinlə birlikdə keçirdiyimiz görüşlərin, habelə nazirlərin, müştərək komissiyanın və səfirlərin gördüyü işlərin səmərəli nəticələrinin şahidiyik".