Rusiya ABŞ-ın Peterburqdakı Baş Konsulluğunu bağlayır.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumatda bildirilir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir vurğulayıb ki, ABŞ-ın Rusiyadakı səfiri Hanstman Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və XİN başçısının müavini Sergey Ryabkov səfirə bu barədə məlumat verib.
S.Lavrov bu addımın ABŞ-ın rus diplomatlarını öz ərazisindən çıxarmasına cavab olduğunu qeyd edib.
Xatırladaq ki, ABŞ "Skripal işi"nə görə onlarla rus diplomatını ərazisindən çıxarıb/Report.