XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2018 - 15:44

Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində anlaşma memorandumu imzalandı –FOTOLAR

Türkiyənin Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər.

Media qarşısında çıxışı zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.