XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

31 Mart 2018 - 20:01

Ərdoğan Kosovonun Baş nazirini hədələdi:"Sən bunun hesabını verəcəksən"

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (MİT) Kosovoda 6 FETÖ-çunu həbs edib, Ankaraya gətirməsi iki dövlət arasında gərginliyi artırıb.

Xatırladaq ki, həmin əməliyyatın ardınca Kosovonun Baş naziri milli təhlükəzilik naziri ilə daxili işlər nazirini vəzifədən azad edib. Üstəlik, Türkiyənin ölkəsində apardığı əməliyyatı qanunsuz sayıb. 

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kosovo Baş nazirinin atdığı addımlar Türkiyə prezidenti Ərdoğanı bərk qəzəbləndirib. O, Baş nazirə bu gün sərt mesaj göndərib:

"Kosovonun Baş naziri təhlükəsizlik naziri ilə daxili işlər nazirini vəzifədən alıb. Mən indi ondan soruşuram: ey Kosovonun Baş naziri, kimin təlimatıyla belə addım atdın? Nə zamandan bəri Türkiyə dövlətində çevriliş etməyə cəhd edənləri qorumağa başlamısan? 

O Kosovonu ki, dünyada onu Amerikadan sonra ikinci biz dövlət kimi tanıdıq. Sənin bundan xəbərin yoxdumu? Kosovonu qardaş olaraq bağrına basan Türkiyəyə qarşı çıxanları sən necə qoynuna alıb, bəsləyərsən? Bunun hesabını sən də verəcəksən. Və mənim kosovolu qardaşlarım sənin kimi bir Baş nazirə imkan verməyəcək, səndən bunun hesabını soruşacaqlar".

Strateq.az