XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2018 - 09:06

Əsəd rejimi Türkiyənin İdlibdəki mərkəzini belə vurdu –Açıqlama + VİDEO

Suriya prezidenti Əsədə bağlı olan hava qüvvələri Türkiyənin qaçqınlar üçün qurduğu müvəqqəti sığınma mərkəzini bombalayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bombalama Suriyanın  Doğu Qutadakı mühasirədən çıxarılaraq 1000-ə yaxın insanın yerləşdirildiyi İdlibin Eriha bölgəsində baş verib.

Bu barədə həmin sığnma mərkəzini quran Dəyanət Vakfı belə bir rəsmi açıqlama yayıb: "Doğu Qutalı ailələrin yerləşdirildiyi İdlibin Eriha bölgəsində minə yaxın insanın qaldığı müvəqqəti sığınma mərkəzimiz rejimə bağlı qırıcılar tərəfindən vuruldu".

Hələlik hadisəyə rəsmi Ankaradan reaksiya verilməyib.