XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2018 - 19:46

Tramp Rusiya ilə konfliktdən geri çəkilir, Putini Ağ Evə dəvət etdi:"Üz-üzə görüşək"

ABŞ prezidenti Tramp Rusiya prezidenti Vladimir Putini Vaşinqtona – Ağ Evə dəvət edib.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Putin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Donald Tramp bu dəvəti martın 20-də Putunlə telefon danışığında edib:  "O, telefon danışığında Putini Ağ Evə dəvət etdi. Bildirdi ki, gəl, üz-üzə görüşək, aradakı fikir ayrılıqları ilə bağlı ikitərəfli görüş və toplantılar keçirək".  

Uşakov bildirib ki, hər şey yolunda gedərsə və Amerika tərəfi vədindən yayınmazsa, belə bir görüş baş tutacaq.