Prezident İlham Əliyev Əşrəf Şıxəliyevin Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasın, Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə İlqar Fazil oğlu İskəndərov Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin olunub.