XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 17:38

Ərdoğan Putini 21 top atəşi və atlı mühafizə ilə qarşıladı –AES-in təməli atıldı, iki lider çıxış etdi + VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Ankarada yüksək səviyyəli mərasimlə qarşılayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə hər iki ölkənin dövlət himnləri səslənib və 21 dəfə top atəşi açılıb.

Putin onun şərəfinə düzülmüş fəxri qaravulu türk dilində salamlayıb. Qarşılamada diqqəti cəlb edən digər əsas məqamlardan biri də Putinin kortejinin silahlı atlı dəstənin müşayiət etməsi sayıla bilər.

Daha sonra liderlər təkbətək görüşüblər. Beştəpədəki Prezident Sarayında baş tutan qısa görüşdən sonra isə Ərdoğanla Putin “Akkuyu” AES-in təməlqoyma mərasiminə qatılıblar.

Ərdoğan mərasimində çıxış edərək, bildirib ki,  20 milyard dollara başa gələcək AES-in ilk reaktoru 2023-cü ildə istismara veriləcək: "Bu maliyyə vəsaitini tam olaraq Rusiyanın dövlət qurumları ödəyəcək. Burada çalışanların əksəriyyəti isə türklər olacaq". 

Ərdoğan qeyd edib ki, AES heç bir ölkədən aslı olmadan işləyəcək: "Bu, Türkiyəyə çox böyük inkişaf yolu açacaq. İnşallah, 2023-də elə dostum Putinlə bu AES-in işə başlamasını birgə açılışını edəcəyik".

Putin isə çıxışında deyib ki, bu AES-in açılışı Türkiyə Respublikasının yaranmasının 100 illiyində olacaq: "Türkiyə yüksək inkişaf etmiş dövlətdir. Amma bu AES Türkiyəı iqtisadiyyatının inkişafında yeni mərhələdir, yeni addımdır. "Akkuyu" AES Türkiyənin ümumi enerji istehsalının 10 faizini təmin edəcək".

Qeyd edək ki, bu gün Türkiyə – Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına qatılacaq. Sabah isə Rusiya, İran və Türkiyə prezidentlərinin Ankarada üçtərəfli görüşü keçiriləcək.

Putin ikigünlük səfərdən sonra Moskvaya dönəcək.