XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 18:07

Nazir Ramil Usubov seçki ilə bağlı əmr verdi –Polis orqanları 4 gün gücləndirilmiş iş rejimində işləyəcək

Azərbaycan polisi seçki günü gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq, aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək.