XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 April 2018 - 20:44

PREZİDENT YANINDA APELLYASİYA ŞURASI YARADILDI –Yeni tərkib təsdiqləndi + Siyahı
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılıb.
Strateq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman verib.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” yeni redaksiyada verilib.
Eyni zamanda, Şuranın yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:
Şuranın sədri
Eldar Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri
Şura sədrinin müavini
Mehdi Dadaşov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini
 Şuranın digər üzvləri
Rüfət Məmmədov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri
Vüsal İsayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri
Süleyman Qəmbərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri
Feyruz Mustafayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər şöbəsinin baş məsləhətçisi
Bəhram Məmmədli – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi
Elturan Babayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi
Vilayət Abdullayev – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi.”.