XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 00:05

Pentaqon Trampın Suriyadan çəkiləcəkləri haqda bəyanatını “dedi-qodu” adlandırdı:"Hələ orada görəcək işlərimiz var"

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkə prezidenti Donald Trampın “Suriyadan çox tezliklə çəkiləcəyik” bəyanatını yalanlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun generalı Kennez Mkenize ənənəvi mətbuat konfransında Trampın Suriyadan çəkiləcəkləri haqda bəyanatını “dedi-qodu” adlandırıb:

 “Suriyadan çəkilmə haqqında dedi-qodular eşitdim. Prezident Trampın bununla bağlı “çox yaxında” dediyini bilirəm, çünki İŞİD-i məğlub etməkdə çox bacarıqlı olduq. Amma İŞİD hələ bitmiş deyil və bu amansız terror qrupunun tam yox etməkdə qərarlıyıq. Suriyada hələ bizim görəcək işlərimiz var”.

Pentaqonun generalı təkrar-təkrar bəyan edib ki, Amerika ordusunun bölgədəki əsas məqsədi İŞİD-i məhv etməkdir: “Bu məqsədimiz tamamlanmaq üzrədir, ancaq hələ yekunlaşmış da deyil”.

Strateq.az