ABŞ Prezidenti Donald Tramp Suriya rejiminin Doğu Quta bölgəsində yerləşən Dumaya kimyəvi silah tətbiq etməsinə çox sərt reaksiya verib.
Strateq.az Türkiyənin ATV kanalına istinadən xəbər verir ki, o, açıqlamasında Suriya prezidenti Bəşər Əsədi təhqir etməklə yanaşı, onu hədələyib: “Heyvan Əsəd kimyəvi silahla tətbiq etməsinin əvəzini çox ağır ödəyəcək”.
Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətində olan Duma bölgəsinə Əsəd ordusunun kimyəvi silahla hücum etməsi haqda xəbər yayılıb. Hadisə nəticəsində 80 nəfərin öldüyü, yüzlərlə insanın isə qazdan zəhərləndiyi bildirilir.
Bununla bağlı Türkiyə, ABŞ və Avropa Birliyi kəskin bəyanatlar verərək, Əsədi günahlandırblar. Rusiya isə kimyəvi silah tətbiqinin yalan olduğunu idda edir.
Strateq.az