XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

08 Aprel 2018 - 18:34

Rusiya XİN-dən ABŞ-a xəbərdarlıq:"Suriyaya hərbi müdaxilənin nəticələri çox ağır olacaq"

“Əgər ABŞ Əsəd rejiminə bağlı olan ordunu və şəhərləri vurarsa, bunun nəticələri çox ağır olar”.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın “Əsəd rejimi Şərqi Qutadakı kimyəvi silah tətbiqinin əvəzini ağır ödəyəcək. Hər an Əsəd rejiminə zərbələr endirə bilərik” bəyanatına yazılı cavab olaraq, yayıb.

Nazirlik bildirib ki, kimyəvi silahla bağlı yayılan xəbərlər “təhlükəli təxribatdır” və belə bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməzdir: “Bütün bunlar radikal müxalifləri qorumaq və rejimə qarşı xarici hücumu leqallaşdırmaq məqsədi daşıyır. Ancaq belə uydurmalarla Suriyaya hücum yolverilməzdir, bunun nəticləri çox ağır ola bilər”.

Strateq.az