XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2018 - 22:20

Ruhani ABŞ prezidentini hədələdi:  “Nüvə sazişini pozsalar, bir həftəyə peşman olacaqlar”

“Amerika Birləşmiş Ştatları Tehranla bir sıra ölkələrin 2015-ci ildə imzaladığı nüvə sazişini pozsa, Vaşinqton “bundan peşman olacaq”.

Bunu İran prezidenti Həsən Ruhani deyib. “Sazişi birinci biz pozmayacağıq, ancaq bilsinlər ki, onu pozsalar, peşman olacaqlar”, – Ruhani aprelin 9-da Tehranda konfransda deyib. Bu gün İranda Milli Nüvə Texnologiyası günüdür.

“Onların düşündüyündən daha çox hazırlıqlıyıq, sazişi pozsalar, bir həftəyə, bir həftədən də az müddətə nəticəni görəcəklər”, – Ruhani deyib.

ABŞ prezidenti Donald Tramp mayın 12-dək nüvə sazişindən çıxmaqla hədələyib. Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. (Amerikanın Səsi)