XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

10 Aprel 2018 - 00:08

Ermənistanın yeni prezidentindən Qarabağla bağlı gözlənilməz açıqlama:"Tarix bundan daha qəddar münaqişələr görüb”
Bu gün vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu bildirib.
O, jurnalistlərə açıqlamasında bildirib ki, 25 ildən çoxdur münaqişənin tənzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır: “Rusiya bu məsələdə həlledici rola malikdir”.
Sarkisyan vurğulayb ki, 23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub: “Aydındır ki, problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır”.
Prezident qeyd edib ki, son nəticədə bütün regional münaqişələr həllini tapır: “Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”.
Teleqraf.com