XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

10 Aprel 2018 - 00:58

Tramp Suriyadakı hucuma görə Rusiya və İranı ittiham edib:“ABŞ-ın cavabı sərt olacaq”

  

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini və İranı şənbə günü Suriyada zəhərli hücumun baş verməsinə imkan yaratmaqda günahlandırıb.

 Suriyalı fəallar və tibbi mənbələrə əsasən, hücum nəticəsində azı 80 nəfər həyatını itirib.

Xlor hücumu olduğu güman edilən bu hücum hökümətin İslam Ordusu üsyançı qrupu ilə atəşkəsin kəsilməsindən sonra Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi əraziləri geri almaq əməliyyatı apardığı vaxta təsadüf edir.

Bazar günü Tramp Tvitterdə Rusiya və İranı Suriya prezidenti Bəşər Əsədi müdafiə etməkdə və onun qoşunlarının həyata keçirdiyi zorakılıqlara imkan verməkdə ittiham edib.

Suriya paxtaxtı Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi Duma şəhərinə kimyəvi hücuma məruz qalan uşaqların şəkilləri yenidən beynəlxalq qınaqlara səbəb olub. Şahidlər deyib ki, pasientlərdən xlor qoxusu gəlirdi, bəzilərinin isə dərisi göyərmişdi. Bu isə oksigen çatışmazlığının əlaməti ola bilər.

Bazar günü ABŞ prezidenti Donald Tramp hücumu “xəstəlik” və “beyinsizlik” adlandırıb və onların buna görə ağır bədəl ödəyəcəklərinə söz verib.

“Associated Press” xəbər verir ki, bununla bağlı Tramp deyib: “Əgər bunun arxasında Rusiya, Suriya, yaxud İran və ya üçü birdən durursa, biz bunu yaxın zamanlarda aydınlaşdıracağıq”.

Rusiyanın kimyəvi hücumda rolu barədə suala cavab olaraq Ağ Ev rəhbəri bildirib ki, Suriya rejimini dəstəkləyən onun rusiyalı həmkarı Vladimir Putin “buna görə məsuliyyət daşıya bilər”.

“Onun (Putinin) əli ola bilər. Əgır bu belədirsə, ABŞ-ın cavabı sərt olacaq. Hamı məsuliyyət daşımalıdır. O (Putin) da, başqaları da”, – Amerika lideri deyib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Tomas Bossert ABC kanalının “This Week” (“Bu Həftə”) verilişində deyib ki, prezident kabinetinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə variantları müzakirə edir. “Bu, təkcə Birləşmiş Ştatları narahat edən məsələ deyil. Bu, İkinci Dünya Müharibəsindən bəri, hər bir xalqın üzərində razılaşdığı və qəbuledilməz olaraq gördüyü əməldir,” – o deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi, Suriya hökümətini dəstəkləməkdə günahlandırıb. “Ey Qərb, Şərqi Qutada şəhid edilən bu uşaqlara, bu qadınlara, bu insanlara nə zaman dönüb baxacaqsınız ki, biz də “bunlar adil hərəkət edirlər” deyək,” – Ərdoğan söyləyib.

Şənbə günkü xlor hücumu Tramp ordu liderlərinin məsləhətlərinin əksinə olaraq, ABŞ qoşunlarını Suriyadan çıxarmaq istədiyini deyəndən bir neçə gün sonra baş verib. Bossert deyib ki, Birləşmiş Ştatlar dünyanın təhlükəsizliyi üçün öhdəsinə düşəndən daha çox şey edib.

ABŞ Dövlət Departamenti Rusiyanı Suriya prezidentinə dəstəyinə son qoymağa və “gələcəkdə barbar kimyəvi silah hücumlarının qarşısını almaq üçün” beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə çağırıb.

Rusiya və Suriya kimyəvi hücumun baş verdiyini inkar edir. Əsədin qüvvələri bir il öncə İdlibdə üsyançılara qarşı bənzər hücum həyata keçirməkdə ititham olunub. Beynəlxalq təhqiqatçılar Suriya hava qüvvələrinin həmin hücumda sarin qazından istifadə etdiyini dair nəticə çıxarıb. Həmin hücumda 100 nəfər ölüb.

Amerikanın Səsi