“Biz Afrini kimə təhvil verəcəyimizi yaxşı bilirik, heç kim Türkiyəyə necə hərəkət etməkdə göstəriş verə bilməz”.
Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyadaşları ilə keçirdiyi toplantıda bəyan edib.
O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinin Bəşşar Əsəd hakimiyyətinə təhvil verilməsi ilə bağlı dünənki çağırışına toxunaraq, qeyd edib ki, onun belə bəyanatı yanlışdır: “Heç kimin Türkiyəyə Afrində necə hərəkət etmək barədə göstəriş verməyə haqqı yoxdur”.
Onu da xatırladaq ki, bu gün Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ da Lavrovun açıqlamasına reaksiya verib.
O deyib ki, “Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır”.
Strateq.az