XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2018 - 16:35

Türkiyə prezidenti Əsədi təhdid etdi:"Bunun əvəzini çox ağır ödəyəcəksiz"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün əvvəl Suriyanın Şərqi Quta bölgəsində 80 nəfərin ölümü, yüzlərlə insanın zəhərlənməsinə səbəb olan kimyəvi silah hücumu ilə bağlı Əsəd rejiminə kəskin xəbərdarlıq edib.
Strateq.az xəbər verir ki, o, bu gün keçirilən toplantıda  hücumu lənətlədiyini bəyan edərək, cavabdehləri hədələyib: “Bu hücumu təşkil edənlər, orada qətliam törədənlər bunun əvəzini çox ağır şəkildə ödəyəcəklər”.
Ərdoğan dünən Rusiya prezidenti Putinlə telefonda apardığı müzakirəni də xatırladaraq qeyd eidb ki, hazırda kimyəvi silahla bağlı Əsəd rejiminin necə cəzalandırılması ilə bağlı müzakirələr aparır.