894 beynəlxalq, 58 175 nəfər isə yerli müşahidəçi seçkini izləyəcək –MSK açıqladı

Sabah – aprelin 11-də keçiriləcək Azərbaycan prezidentinin seçkilərini izləyəcək beynəlxalq və yerli müşahidəçilərin yekun sayı məlum olub.
Strateq.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov açıqlayıb.
Onun sözlərinə görə, seçkiləri izləmək üçün MSK-da 894 beynəlxalq müşahidəçi (60 təşkilat, 59 ölkə) qeydiyyatdan keçib. 58 175 nəfər isə yerli müşahidəçi qeydiyyata alınıb.