XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

10 Aprel 2018 - 21:42

Zəngilanın ürəkdağlayan son görüntüləri yayıldı –VİDEO

Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb.

Strateq.az Minval.info-ya istinadən xəbər verir ki, görüntülər rusiya vətandaşı tərəfindən çəkilib.

Videoda 29 oktyabr 1993-cü ildən bəri üzünə həsrət qaldığımız Zəngilan rayonu əks olunub. Görüntülərdə həmçinin rayonun dağıdılmış əraziləri yer alıb.

Zəngilanın şəhər tipli qəsəbəsi Mincivan və burada yerləşən məktəb lentə alınıb.

Xatərladaq ki, Zəngilan rayonu 1930-cu ildə yaradılıb, ərazisi 707 kvadrat kilometrdir və şimaldan Qubadlı, Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Zəngilanın işğala qədər əhalisi 35 min nəfərə yaxın olub.