XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 16:01

“Rusiya, hazır ol, raketlər gəlir” –Tramp Əsədi yenə təhqir etdi, Moskvaya mesaj verdi

“Rusiya, hazır ol, raketlər gəlir”.

“CNNTurk” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Rusiya Suriyaya atacağımız raketləri vuracaqmış. Rusiya, hazır ol, raketlər gəlir”, -deyə o, bildirib.

D.Tramp Rusiyaya çağırış da edib: “Rusiya insanları kimyəvi silah tətbiq edərək öldürən, bundan zövq alan vəhşi ilə (Bəşşar Əsəd rejimini nəzərdə tutur) əməkdaşlıq etməməlidir”.

Qeyd edək ki, bu gün Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin ABŞ-ın Suriyaya atacağı istənilən raketin vurulacağını bildirib.

Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib/Report