Rəsmi Moskvadan Trampın “Rusiya, hazır ol” təhdidinə açıq cavab:"Ordu Şərqi Quta bölgəsinə göndərildi..."
Rusiya ordusu sabahdan Suriyanın Şərqi Quta bölgəsinə daxil olacaq.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Əməliyyat İdarəsinin rəsi müavini, general Viktor Poznihir açıqlama verib.
O, bildirib ki, Rusiya ordusu kimyəvi hücum iddialarının yayıldığı Şərqi Qutanın Duma rayonuna doğru sabahdan hərəkətlənəcək.
Rus general bununla yanaşı, kimyəvi silah hücumu ilə bağlı sensasion iddia irəli sürüb.
Onun sözlərinə görə, bu hücumu Əsəd rejimi deyil, “Nusra Cəbhəsi” qruplaşmasının tərkibində hökumətə qarşı döyüşən “Ağ Beretli”lər qrupu edib.
Bu arada isə Rusiya prezidenti Putin də son günlərdəki ABŞ-ın təhdidlərinə təmkinli reaksiya verib.
O, Trampın bu gün “Hazır ol, Rusiya, çünkü xoş, yeni və ağıllı raketlərimiz gəlir” xəbərdarlığına cavab olaraq, bildirib ki, dünyadakı vəziyyət çox narahatedicidir: “Biz sağlam düşüncənin hakim olacağına ümid edirik”.
Strateq.az