XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2018 - 23:16

Qüdrət Həsənquliyev seçki ilə bağlı açıqlama yaydı:“İlham Əliyevi təbrik edirəm, o, qalib gəldi”

 

 Prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçkilərin ilkin nəticələrinə münasibətini açıqlayıb.

Strateq.az bildirir ki, bu barədə BAXCP-nin Seçki Qərargahı məlumat yayıb.

BAXCP sədrinin açıqlamasında deyilir: “Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”arın nəticələrindən və Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdən bəlli olur ki, İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib. İlham Əliyevi təbrik edirəm, ölkəmizdə yaşanan problemlərin həllində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ona uğurlar arzulayıram.
Ümid etmək istərdim ki, İlham Əliyev və onun komandası digər namizədlərin seçki marafonu zamanı ölkədəki problemlərin həllinə dair səsləndirdikləri təklifləri diqqətlə araşdıracaq və həmin təkliflərdən faydalanacaqlar”.