XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 14:11

Ərdoğan Əsədə “Qatil” dedi, ABŞ və Rusiyaya mesaj verdi:"Teatrın başa çatmasını, maskaların yırtılmasını istəyirik"

“Afrində 4 123, İraqın şimalında 337, ölkə daxilində isə 337 terrorçunu zərərsizləşdirmişik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada tramvay xəttinin açılış mərasimində bildirib.

R.T.Ərdoğan terrorçulara qarşı mübarizəni davam etdirəcəklərini də vurğulayıb.

“Kimyəvi silahdan istifadə edilməsi məsələsini və qətliamın qarşısının alınması məsələsini aprelin 11-də ABŞ Prezidenti Donald Trampla telefonla danışdım, aprelin 12-də isə Rusiya prezdenti Vladimir Putinlə danışacağam. Hadisələr göstərdi ki, İŞİD-ə qarşı ən səmimi mübarizəni Türkiyə aparıb. Qalanları Suriyada İŞİD-ə qarşı mübarizə adı atlında öz hədəflərini həyata keçirməyə çalışıblar. Biz artıq Suriya və İraqda oynanılan teatrın başa çatmasını, maskaların yırtılmasını istəyirik. Qatil Əsəd rejimini və terrorçu PKK/YPG-PYD qruplaşmasını dəstəkləynlər səhv edirlər”, – Türkiyə Prezidenti qeyd edib.