XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 15:16

Ukrayna MDB-dəki fəaliyyətini rəsmən dayandırır –Poroşenko hökumətə tapşırıq verdi

“MDB orqanlarının təsisçiliyində iştirakımızı rəsmi dayandırmaq haqqında hökumətlə birlikdə təkliflər hazırlanmasını xahiş etmişəm”.

Ukrayna Prezidenti Petro Poroşenko ölkəsinin MDB-dən çıxması ilə bağlı aprelin 12-də Kiyevdə keçirilən təhlükəsizlik forumunda bildirib.

“Hökumətdən Minskdəki uyğun institutlarda Ukrayna nümayəndəliklərinin bağlanmasına dair təkliflər hazırlanmasını istəmişəm”, – o, vurğulayıb.

Qeyd edək ki, Ukrayna 2014-cü ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında razılaşmadan çıxdığını bəyan etmişdi. Həmin vaxtdan Ukrayna MDB tədbirlərində səfir səviyyəsində təmsil olunur. Ukrayna isə hələ də üzv dövlətlərin bayrağı ilə eyni sıradadır/Report.