XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 12:40

Xamneyi ölkə rəhbərliyini və səfirləri topladı, Suriyaya hücumu kəskin pislədi:"Bu 3 adam cinayətə imza atdı"
İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya qarşı birgə əməliyyatına çox sərt reaksiya verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İranın ali dini lideri  bu gün ölkə rəhbərliyi və islam ölkələrinin səfirlərinin iştirakı ilə toplantı keçirib.

Həmin toplantıda Xamneyi 3 dövlətin Suriyanı vurmasını kəskin tənqid edib: “Suriyaya gerçəkləşdirilən hücum bir cinayətdir. Tramp, Makron və Tereza Mey cinayətkardır.  Açıq deyərəm, bu üç adam bir cinayətə imza atdı”.

İranın dini lider onu da bildirib ki, “bu üç dövlət iraq, Suriya və Əfqanıstanda indiyədək etdikləri cinayətlərdə heç bir şey əldə edə bilmədikləri kimi, bu hücumla da nəyəsə nail ola bilməyəcək”.

Strateq.az