XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

14 Aprel 2018 - 13:16

ABŞ, Fransa və Britaniya Suriyada hansı strateji obyektləri vurub? –SİYAHI

Xəbər verdiyimiz kimi , ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyadakı bir sıra strateji obyetklərə 100-dən çox raket zərbəsi endirib.

Strateq.az xarici mətbuata istinadən bildirr ki, hücumla bağlı ABŞ prezidenti Trampdan ilk açıqlama gəlib.

O bildirib ki, bu hücum Əsəd rejiminə kimyəvi hücumla bağlı bir siqnaldır: “Əməliyyata dəstək verdiyi üçün Fransa və Britaniyaya təşəkkür edirəm”.

Bu arada isə Dəməşq və ətrafında vurulan strateji obyektlərin siyahısı da yayılıb.

Strateq.az həmin obyektlərin siyahısını da təqdim edir:

Dəməşqdə Respublika Mühafizə Briqadası

Hava hücumundan müdafiə bazası – Jabal Qaseen anbarı

Mezze hərbi hava limanı

Ad Dumayr Hava hərbi bazası

Elmi Tədqiqat Mərkəzi – Dəməşq

Elmi Tədqiqat Mərkəzi – Jamraya Dəməşq

Xüsusi təyinatlı qüvvələr  – Dəməşq

Al Rahiba Şərq Qalamun Xomhuri mühafizəçilərinin yaxınlığındakı hərbi ərazilər – Dəməşqin kənd ərazisi

Alkaswa – Dəməşq kənarında yerləşən yerlər

Pambıqlı bir gölə yaxın Homs Qərb

Hava limanı Balkçalı İsveçlilər

Yarmouk bazası

Daraa yaxınlığında Azra bölgəsindəki İran bazası

Homs çölündə drenaj anbarları

Tal Mari’deki İran bazası

Dəməşq Beynəlxalq Hava Limanı ətrafında şüşə ev