Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Elçin Şıxlı:“Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏLİ KƏRİMLİ HAKİMİYYƏTLƏ DİALOQ İMKANLARINDAN DANIŞDI:"...İndi dayanmaq zamanıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qərbin Moskvaya qarşı “Anakonda planı”:"Rusiyaya daha 3-4 sanksiya tətbiq ediləcək"
  • " width="300" height="266" />
    Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini “Mehri əməliyyatı”nın sirrini açdı:"Məqsəd Naxçıvan üzərindən Qarabağa girmək idi..."
  • " width="300" height="266" />
    Mehman Əliyev:“Prezident İlham Əliyevin yeni komandası olacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezidentliyə namizəd Zahid Oruc:"Nazirlər nədən narahatdırlar, hansı sirlərinin açılmasından qorxurlar?"
  • " width="300" height="266" />
    ABŞ dövlət katibinin sabiq müşaviri Pol Qobl:“Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq mühafizəçisi:“Həyat özü elə yaşamaq uğrunda mübarizədir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransa Geosiyasət İnstitutunun analitiki:“Qərbin Ərdoğan üçün etmədiyini Rusiya etdi” - MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    GENERAL BƏRXUDAROV ERMƏNİSTANI HƏDƏLƏDİ:"İrəvanın mərkəzini vurmaq iqtidarındayıq" MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

22 Aprel 2018
21 Aprel 2018

17 Aprel 2018 - 10:23

“Səfirlikləri mühasirəyə alın, nazirliklərin girişini qapadın!” –İrəvanda kütləvi etiraz + CANLI YAYIM

İrəvan polisinin rəis müavini Valeri Osipyan bu səhər Nikol Paşinyana İrəvanda keçirilən kütləvi aksiyaların dayandırılması barədə polisin qərarını təqdim edib.

O, bu barədə qərarın aprelin 16-da verildiyini açıqlayıb. Paşinyan isə ona təqdim edilən qərarı hər kəsin gözü qarşısında cıraraq yerə atıb.

Paşinyan tərəfdarlarına polisin əlinə keçməmək üçün necə etmək barədə təlim də verib. O, tərəfdarlarını kütləvi tətillərə başlamağa səsləyib: “Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayıb. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.

Qeyd edək ki, İrəvanda artıq 5-ci gündür etiraz aksiyaları keçirilir. Aksiyada iştirak edənlər Serj Sərkisyanın baş nazir seçilməsinin əleyhinə çıxış edirlər. Etiraz aksiyalarına Yelk Blokundan olan deputat Nikol Paşinyan rəhbərlik edir.

İrəvanda baş tutan aksiyalarda artıq polislə də toqquşmalar qeydə alınıb. Nəticədə onlarla adam yaralanıb. Yaralananlar arasında Paşinyan da yer alıb.

Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir.

Paşinyan dünən etirazçıların parlament binasını mühasirəyə alacaqlarını da bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.

Artıq Abovyan, Koryun, Teryan küçələri etirazçılar tərəfindən bloklanıb.

Son məlumata görə, İrəvandakı aksiyalarda 30 nəfər aktivist saxlanılıb.

Bunu jurnalistlərə açıqlamasında erməni deputat Nikol Paşinyan deyib/Axar.az.