XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 10:12

Prezident İlham Əliyev and içdi: “Müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağım” –Hökumət rəsmən istefaya getdi

 Bu gün Milli Məclisdə Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Strateq.az xəbər verir ki, mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: “Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma and içirəm.

Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpüb.

İlham Əliyev andiçmə mərasimində nitq söyləyib. Deyib ki, bundan sonra da xalqa və dövlətə ləyaqətlə xidmət edəcək.

Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə, andiçmə bitəndən dərhal sonra Nazirlər Kabineti istefaya gedir və hökumətin yeni tərkibinin formalaşmasına başlanır.