XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 14:01

PREZİDENT SEÇKİDƏKİ RƏQİBLƏRİNƏ TƏŞƏKKÜR ETDİ:"Təklif və tənqidləri diqqətimizdədir..."

 

“Namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaq”. 

Strateq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirilən andiçmə mərasimində deyib.

Dövlət başçısının sözlərinə görə, ölkədə siyasi mədəniyyət formalaşıb və bu baxımdann rəqiblərinin debatlardakı tənqidlərini də təqdirəlayiq hesab edir: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və böyük dərəcədə buna nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm”.

Prezident ənənəvi müxalifəti isə sərt tənqid edib, onları beynəlxlaq qrant təşkilatlarının maliyyəsi ilə ölkəyə xəyanətdə ittiham edib: “O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb və bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.