XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

18 Aprel 2018 - 16:24

Ermənistan polisi 80-dən çox etirazçını saxlayıb- 54 nəfər cinayət törətməkdə şübhəli bilinir

Ermənistan paytaxtı Yerevanda polis məmurları sabiq prezident Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının 84 iştirakçısını polis bölməsinə aparıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ermənistan polisinin Analitik, İnformasiya və KİV ilə əlaqələr şöbəsinin müdiri Edqar Canoyan məlumat verib.

“Hazırda 84 vətəndaş bölmıəyə aparılıb. Onlardan 30-na qarşı inzibati iş açılıb və onlar artıq azad buraxılıblar. 54 vətəndaşın işi isə cinayət törətmək şübhəsi ilə bağlı ibtidai istintaq orqanlarına təhvil verilib”, – E.Conayan deyib.