XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2018 - 16:49

NATO baş katibindən Ankaraya güclü dəstək:“NATO-nun bir üzvü digərinə qarşı sanksiya tətbiq edə bilməz"

“”F-35” təyyarələrini almaq Türkiyənin haqqıdır”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“NATO-nun bir üzvü digərinə qarşı sanksiya tətbiq edə bilməz. “F-35” təyyarələri almaq Türkiyənin haqqıdır”,– o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının sədri Volkan Bozkır bu ilin martında Vaşinqtonda keçirdiyi görüşlərdə ölkəsinin Rusiyadan “S-400”ün alınması ilə bağlı məsələni dəyərləndirdiklərini söyləmişdi: “ABŞ bunu çox əhəmiyyətli bir məsələ sayır. Xüsusilə Konqresin bunu “F-35”in satışı ilə əlaqələndirmək niyyətində olduğu hiss edilir. Onlar bildirdi ki, “S-400” alsanız, biz də Konqresdə sizə “F-35”in satılmaması haqqında qərar qəbul edərik”.