XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 April 2018 - 16:41

Bakıda NATO ilə Rusiya arasında müzakirə: “İnsidentlərin qarşısı alınacaq” –Gerasimovla Skaparotti görüşdü

Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti ilə görüşüb.

Məlumata görə, görüş zamanı NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar/Trend.