XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2018 - 18:11

“Ermənilər bizi o yüksəklikləri azad etməyə vadar edir” –Polkovnikdən düşmənə xəbərdarlıq

Ermənistan ordusunun bölmələri işğal olunmuş Azərbaycan torpaqlarından əhaliyə atəş açmağa adət ediblər.

Strateq.az xəbər verir ki, bunu Azərtaca-a açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə Ağcabədi rayonunda Ermənistan silahlı bölmələrinin dinc sakinləri atəşə tutmasına və Hacıyev Rahim Azər oğluna xəsarət yetirmələrinə münasibət bildirərkən deyib.

Əzizağa Qəni-zadə bildirib ki, bunu özləri üçün hünər hesab edən ermənilər aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Rahim Hacıyevi əkin sahəsində olarkən odlu silahla yaralayıblar: “Bu onların öncədən düşünülmüş planlarını bir daha təsdiqləyir və bizi bu halların qarşısını almağa, silahsız sakinlərə qarşı atəş açdıqları adsız yüksəklikləri azad etməyə vadar edirlər. Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək və bu dəfə Silahlı Qüvvələrimiz heç bir güzəştə getməyəcək”.