XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

19 Aprel 2018 - 19:01

NATO-dan generalların Bakı görüşü haqda bəyanat:"...razılaşma oldu"

NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda deyilir ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib.

“Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər”, – deyə Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub.