XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 12:32

Yeni Baş nazir Novruz Məmmədov:"Üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyulub"

“Mənə göstərilən bu etimad Azərbaycan Prezidenti tərəfindən üzərimə çox böyük məsuliyyət, qarşıma çox böyük vəzifə qoyur”.

Trend-in məlumatına görə, bunu Azərbaycanın yeni Baş naziri vəzifəsinə namizədliyi Milli Məclisdə təsdiq olunan Novruz Məmmədov bu gün parlamentdə çıxışı zamanı deyib.

N. Məmmədov deyib: “Mən bu etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir ölkədir. Bəlkə də tarixdə dünyada gedən proseslərdə bu günki qədər gərginlik olmayıb. Belə bir vəziyyətdə mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanda sabitliyin, təhlükəsizliyin, dinamik inkişafın davamı bizim hər birimizin qarşısına çox böyük vəzifələr qoyur. Mən çalışacam ki, üzərimə qoyulan bu vəzifənin icrası üçün Azərbaycanın dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində əlimdən gələni edim”.