Xəbər verdiyimiz kimi, bu gün Prezident hökumətin yeni tərkibini təsdiq edib.
Strateq.az xəbər verir ki, hökumət yenidən formalaşdırılarkən iki nazir və bir komitə sədri əvəzlənib.
Belə ki, deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. O, bu postda Baş nazirin müavinini Əli Həsənovu əvəz edib.
Prezidentin digər sərəncamları ilə kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifədən alınıb. Onun yerinə isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov gətirilib.
Prezidentin digər diqqətçəkən sərəncamı isə İqtisadiyyat nazirinin müavini Sahil Babayevin Səlim Müslümovun yerinə – Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsidir.
Onu da qeyd edək ki, başqa bir sərəncamla isə Bakı meri Hacıbala Abutalıbov vəzifəsindən azad olunaraq, Baş nazirin müavini təyin edilib.