XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2018 - 19:51

Medvedyev Novruz Məmmədovu təbrik edib- Mətn

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedyev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Bu barədə Rusiya hökumətinin saytında yayılan məlumatda qeyd edilib.

Təbrikdə deyilir:

“Rusiya və Azərbaycanı hüquq bərabərliyi prinsipləri, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsasında strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqrosənaye, yüksək texnologiyalar, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam şəkildə cavab verir”.