Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dövlət çevrilişinə cəhd həyata keçirilir.
Bu barədə öz mənbələrinə istinadən “Associated Press” məlumat yayıb.
Bildirilir ki, çevriliş cəhdinə ölkənin quru qoşunlarının rəhbəri general Alukas Neplis başçılıq edir.
Məlumatda qeyd olunur ki, hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində partlayış və atışma olub.
Hadisə Kral sarayı yaxınlığında qeydə alınıb.
Bildirilir ki, kral Salman ibn Əbdül Əziz əs-Səud vaxtında paytaxtda yerləşən hərbi bazanın bunkerinə təxliyyə edilib.
Hazırda daha ətraflı məlumat yoxdur/Report.