XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

22 Aprel 2018 - 19:57

Prezident Makron:“Suriyadan çıxmamalıyıq, İran müharibə hazırlayır”

“Fransa, ABŞ və onların müttəfiqləri İŞİD-i darmadağın etdikdən sonra “Yeni Suriya” qurmaq və İranın təsirini məhdudlaşdırmaq üçün Suriyada qalmalıdırlar”.

Strateq.az RİA-ya istinadən bildirir ki, bu sözləri Fransa prezidenti Makron Fox News-a müsahibəsində deyib. Onun sözlərinə görə, İŞİD-lə müharibə bitdikdən sonra ABŞ, Fransa, müttəfiqlərimiz, regionun bütün ölkələri, hətta Rusiya və Türkiyə də yeni Suriyanın qurulmasında mühüm rol oynayacaq.

Makron deyib ki, beynəlxalq qüvvələrin tam çıxarılması Bəşər Əsədin və İranın mövqelərini gücləndirib: “Onlar yeni müharibə hazırlayacaqlar”.

Makron həmçinin qeyd edib ki, Qərb Rusiyaya qarşı münasibətdə zəiflik göstərməməlidir.